Hücumu 8-ci sinif şagirdi törədib… - Türkiyədə məktəbə hücumun TƏFƏRRÜATI – VİDEO

Hazırda oxunan: Hücumu 8-ci sinif şagirdi törədib… - Türkiyədə məktəbə hücumun TƏFƏRRÜATI – VİDEO

607274

Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş vilayətində yerləşən Ayşel Çalık orta məktəbinə silahlı hücum qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə daha bir məktəbə silahlı hücum – Yaralılar var – FOTO/VİDEO


Bizim.Media “TRT Haber”ə istinadla xəbər verir ki, Kahramanmaraş valisi Mükerrem Ünlüer hadisə ilə bağlı açıqlamalar verib.

Vali hücum nəticəsində 4 nəfərin (1 müəllim, 3 şagird) həyatını itirdiyini, 20 nəfər yaralandığını bildirib:

“Silahlı hücumu səkkizinci sinif şagirdi həyata keçirib. O, iki sinifə hücum edib. Hücumda beş silahdan istifadə olunub, 20 daraq güllə atılıb. Hücumu törədən şəxsin atası hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşıdır”.

Xatırladaq ki, dünən Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən liseylərdən birində silahlı hücum baş verib. Hadisə nəticəsində 18 nəfər yaralanıb, hücum edən şəxs isə intihar edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin