Xəbər verildiyi kimi Türkiyədə daha bir təhsil müəssisəsinə silahlı hücum olub. Hadisə Kahramanmaraş vilayətində yerləşən Ayşel Çalık orta məktəbində qeydə alınıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə daha bir məktəbə silahlı hücum – Yaralılar var – FOTO/VİDEO
Bizim.Media xəbər verir ki, hücum anına aid görüntülər ortaya çıxıb. Görüntülərdə silah səslərinin ard-arda eşidildiyi o anlarda şagirdlərin çoxunun pəncərələrdən tullanaraq qaçdığı əks olunub.
Qeyd edək ki, ötən gün Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən liseylərdən birində də silahlı hücum baş verib. Hadisə nəticəsində 16 nəfər yaralanıb, hücum edən şəxs isə intihar edib.
Bizim.Media

































































































