Həqiqət İsabalayeva yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Həqiqət İsabalayeva yüksək vəzifəyə TƏYİN EDİLDİ

607241

Azərbaycan Tibb Universitetində yeni kadr təyinatı həyata keçirilib.

Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, tanınmış jurnalist Həqiqət İsabalayeva universitetin mətbuat katibi vəzifəsinə təyin edilib.
 

Qeyd edək ki, Həqiqət İsabalayeva uzun illər müxtəlif media və dövlət qurumlarında fəaliyyət göstərib. O, bir müddət "Kaspi" gündəlik ictimai-siyasi qəzetində çalışıb. Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində redaktor, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində isə Maarifləndirmə şöbəsinin müdiri vəzifələrində işləyib.


Son təyinatadək Bakı Mühəndislik Universitetində fəaliyyət göstərən Həqiqət İsabalayeva yeni vəzifəsində ictimaiyyətlə əlaqələrin təşkili və universitetin informasiya siyasətinin həyata keçirilməsinə cavabdeh olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin