Qusarda fövqəladə hallara hazırlıq daha da GÜCLƏNDİRİLDİ - FOTO

Hazırda oxunan: Qusarda fövqəladə hallara hazırlıq daha da GÜCLƏNDİRİLDİ - FOTO

607245

Qusar Rayon İcra Hakimiyyətində fövqəladə hallara hazırlığın artırılması, qurumlar arasında koordinasiyanın gücləndirilməsi və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə görüş keçirilib.

Bizim.Media xəbər verir verir ki, görüşdə rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov, aparatın məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi Fuad İlyasov və mərkəzin əməkdaşları iştirak ediblər.
 

İcra başçısı son günlərdə müşahidə olunan və gələcəkdə baş verməsi ehtimal olunan fövqəladə halların fəsadlarının aradan qaldırılmasının, zərərin minimuma endirilməsi, fövqəladə hallar zamanı əhaliyə köməklik göstərilməsi, əhalinin təhlükəsizliyinin təmin edilməsi, yay aylarında ehtimal olunan meşə yanğınları ilə bağlı qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsinin, aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyətin qurulmasının vacibliyini qeyd edib.


Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi Fuad İlyasov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, həmçinin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Görüş çərçivəsində rayon ərazisində müşahidə olunmuş yağıntılı hava şəraitinin yaratdığı fəsadlar, fövqəladə hallar zamanı operativ müdaxilə imkanları, mövcud resursların səfərbər olunması, aidiyyəti qurumlar arasında informasiya mübadiləsinin təşkili, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, qabaqlayıcı tədbirlərin sistemli şəkildə həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin