ABŞ-ın promouter şirkəti VID Lionel Messi və Argentina Futbol Assosiasiyasına qarşı çoxmilyonluq məhkəmə iddiası qaldırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “TMZ” nəşri məlumat yayıb
İddiaçı tərəfin bildirdiyinə görə, 2023-cü ilin oktyabrında Argentina və Venesuela yığmaları arasında keçirilən reklamı geniş aparılmış yoldaşlıq oyununda Messinin iştirak etməməsi şirkətə ciddi maliyyə ziyanı vurub.
Müqavilə şərtlərinə əsasən, argentinalı futbolçu zədə olmadığı halda matçda azı 30 dəqiqə meydanda olmalı idi. Lakin hər hansı zədəsi olmadığı bildirilsə də, Messi həmin qarşılaşmada ümumiyyətlə meydana çıxmayıb.
İddianın dəqiq məbləği açıqlanmayıb.
Bizim.Media


































































































