Güləşçilərimiz Türkiyədə 8 qızıl medal qazandı

Hazırda oxunan: Güləşçilərimiz Türkiyədə 8 qızıl medal qazandı

607257

Türkiyənin Antalya şəhərində təşkil edilən güləş üzrə “Zəfər Kuboku” başa çatıb.

Bizim.Media xəbər verir ki, ənənəvi turnirin son günündə 5 güləşçimiz fəxri kürsüyə qalxıb.

Sərbəst güləşdə Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
 

Yunan-Roma güləşində isə Zəka Yusubovla (80 kq) Məhəmməd Mustafayev (110 kq) eyni nəticəyə imza atıb. İsfahan Həsənov (80 kq) isə bürünc medalı boynundan asıb.


Sərbəst güləş üzrə millimiz ənənəvi turniri 3 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayaraq, 147 xalla komanda hesabında 2-ci yeri tutub.

Yunan-Roma güləşi üzrə yığmamız isə 5 qızıl, 2 gümüş və 2 bürünc medalla 169 xal toplayıb və ümumi sıralamada 2-ci pillədə yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin