Aksiyalarda maska və üz örtüklərindən istifadə qadağan olunur

Hazırda oxunan: Aksiyalarda maska və üz örtüklərindən istifadə qadağan olunur

37198
Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə əlavələr gözlənilir.

Milli Məclisdən Moderator.az-a verilən məlumata görə, bir qrup deputatın təklifi ilə müzakirəyə çıxarılması gözlənilən layihə aksiyalar zamanı maskalardan və digər üz örtüklərindən istifadədən qadağanın qanunvericilikdə təsbit olunması ilə bağlıdır.
 
Layihəyə görə, istənilən bayram və matəm tədbirlərində, dini mərasimlərdə, yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piketlərdə bir sıra qadağan olunmuş xüsusi vasitələrlə yanaşı, maska və digər üz örtüklərindən istifadə qanunvericiliklə qadağan olunur.
 
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə xüsusi maddənin əlavə olunması da təklif edilir. Layihənin yaz sessiyasında parlamentdə müzakirəyə çıxarılması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin