"Kommunal xərclərin artması kənd təsərrüfatını çökürdə bilər" - Etiraz

Hazırda oxunan: "Kommunal xərclərin artması kənd təsərrüfatını çökürdə bilər" - Etiraz

36352

Əgər gələn il kommunal xərclər artacaqsa kənd təsəsrrüfatı məhsulları istehsal edən müəsissələrinə aid edilsə onların dizi qırıldı, onda burada inkişafından danışmaq olmaz. Hesab edirəm ki, kənd təsərrüfatı emal müəsissələri vergilərdən azad edilsin. Emal istehsal müəsisəsləri isə qaz, su, və işığın ödənilməsində mümkündürsə azad edilsin və ya qismən azaldılsın ki, kənd təsərrüfatının stimullaşdırılmasına kömək edir.

Moderator.az-ın məlumatına görə, bu sözləri 2014-cü ilin büdcə müzakirələri zamanı millət vəkili Fəzail Ağamalı deyib.

F.Ağamalı Ümumdünya Ticarət Təşkilatına üzv olmağın vacibliyini bildirib: "Ümumdünya Ticarət Təşkilatına niyə üzv olmuruq? Əgər üzv olsaydıq ki, bu gün rusiya bazarlarına çıxmamaq bizə bu dərəcədə baha başa gəlməzdi. Rusiyadan asılılığımız azalardı v əməhsullarımız dünya bazarlarına çıxardı. Biz bu prosesə qoşulmağımızı tezləşdiroməliyik". 

F.Ağamalı deyi ki, ucqar kəndlərdə işləyən müəllimlərə müəyyən imtiyazlar verilməldir: "Onlar orada ailə qurub, torpaq almaq istəyir, amma buna nail ola bilmir. Bu da diqqətdə saxlanmalıdır.

Salyan rayonunda prezident seçkiləri dövründə rastlaşdığım hadisə- iki gənc salyanın ucqar kəndində müəllim işləməyə gedib, torpaq almaq istəyir, amma almır.

2013-cü ildə məktəbi bitirənlərin 20 min nəfəri peşə məktəblərinə daxil olub. çox adam isə buna nail ola bilməyib. Səbəb isə peşə məktəblərin sayının azlığıdır. Bu gün regionlarda peşə məktəbləri demək olar ki yoxdur".

Millət vəkilinin sözlərinə görə, regionlarda məhsul yetişdirilməsində ixtisaslaşdırlamalar gedir buna uyğun həmin rayonlardA texniki peşə məktəblərinin sayini artirib, gəncləri buraya cəlb etmək yaxşi olardi.

"Bir çox kənd təsərrüfati məhsullarinin ixrac məsələsi elə acınaqlı vəzityətdədir ki, istehsalçılar məhsullarını xaricə çıxarda bilmir. Rusiyada gömrükdə qiymətin artırılması onların məhsulun ora aparılmasına mane olması ilə nəticələnir. İnsanların məhsulları əllərində qalır",-deyə o bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin