Telefonuna gələn zənglər, təhqiramiz mesajlar və elektron ünvanına yazılmış hədələyici ifadələr H.Hacıyevi hüquq-mühafizə orqanlarına müraciət etməyə vadar edib.
“2-3 gün öncə partiyanın qərargahına iki şübhəli şəxs gələrək təşkilata üzv olmaq istədiklərini dedi. Onların hərəkətlərindən şübhələnən partiya funksioneri bu haqda hüquq-mühafizə orqanlarına xəbər verib. Araşdırmalar zamanı onların cibindən silah çıxıb. Bundan başqa, mənim evimi də tanımadığım şəxslər izləyir. Bilə-bilə avtomobilimi vurub əziblər ki, mən qəzada ölüm. Həyatım üçün təhlükə olduğunu hiss edirəm”, - deyə Hafiz Hacıyev bildirb.
Keçmiş prezidentliyə namizəd həmçinin özü üçün cangüdən tutduğunu da bildirib: “Düzdür, özümə bir neçə nəfər yaxın adam götürmüşəm ki, məni qorusunlar. Lakin əlisilahlı şəxslər mənə hücum etsələr, onlar nə edəcək? Sadəcə tək gəzmək istəmirəm. Ümid edirəm ki, hüquq-mühafizə orqanları mənim həyatıma son qoymaq istəyən qüvvələri ifşa edəcək”.


































































































