Xəbər
verdiyimiz kimi bir müddət öncə Sumqayıt şəhər sakini Yusifova Çinarə Moderator.az-a məktub yazaraq keçmiş həyat
yoldaşının onun övladını oğurladığını bildirmişdi. Moderator.az .şikayətçinin
bu problemini işıqlandırdıqdan sonra, Y.Çinarənin övladı özünə qaytarıldı.
Redaksiyamızla əlaqə saxlayan Çinarə xanım çox sevincli olduğunu bildirdi və
bütün redaksiya heyətinə öz minnətdarlığını çatdırdı. Biz də redaksiyamız adından
Çinarə xanım və onun yaxınlarını təbrik edib bildiririk ki, vətəndaşlarımızın
problemlərini işıqlandırmağı, onlara bacardığımız yardımı etməyi özümüzə borc
bilirik.
Sumqayıt
şəhər sakini Yusifova Çinarə Fəyyaz qızı keçmiş həyat yoldaşı tərəfindən
övladının qaçırıldığını iddia edir. Bununla bağlı Moderator.az-a şikayət məktubu göndərən
vətəndaş eyni zamanda müvafiq orqanların qarşılaşdığı problemə laqeyd
münasibətindən gileylənib. Çinarə Yusifovanın məktubunu olduğu kimi təqdim
edirik: “Mən Yusifova (Allahverdiyeva) Çinarə Fəyyaz qızı 23.01.2007- ci
ildə Allahverdiyev Səbuhi Ağa oğlu ilə rəsmi nikaha girmişəm. Birgə nikahdan
Ömər və Ramal adlı 2 övladımız olub. Arada yaranan müəyyən problemlər səbəbindən
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə rəsmən boşanmışıq. Keçmiş həyat
yoldaşıma oğlumuz Ömərlə ayın 1-ci və 4-cü həftələrinin cümə günü saat 17:00
dan şənbə günü saat 10.00 kimi, ayın 2-ci və 4-cü həftələrində şənbə günü 17:00
dan 10.00 kimi, digər oğlumuz Allahverdiyev Ramalla isə ayın 1-ci və 3-cü
həftələrinin cümə günü saat 17:00 dan 20:00-a, ayın 2-ci və 4-cü həftələrində
şənbə günü 17:00 dan 20:00 kimi ünsiyyət hüququ verilmişdir. Bununla yanaşı
uşaqların hər birinə 70 manat olaraq ümumilikdə 140 manat aliment pulu
kəsilmişdir” .
Yusifova
Çinarənin bildirdiyinə görə onun keçmiş həyat yoldaşı məhkəmə tərəfindən
kəsilmiş alimenti ödəməkdən imtina edib və Ömərlə görüşə gələn zaman uşağı
aparmış və bu günə kimi də onu geri qaytarmamışdır:
“2013-cü
il mart ayının 1-i Səbuhi bizə gələrək Öməri götürdü və səhər saat 10-da
gətirəcəyini bildirdi. Üç gün sonra mən ona zəng edərək Öməri gətirməsini
istədim, o isə cavabında “vermirəm, Ömər məndə qalacaq, hara istəyirsən
müraciət elə” deyib telefonu bağladı. Dəfələrlə zəng etməyimə baxmayaraq
telefonu açmadı “
Yusifova
Çinarə baş verən bu hadisədən sonra Sumqayıt polisi və ədliyyə bölməsinə
müraciət etdiyini, lakin müraciətinin nəticəsiz qaldığını deyir:
“Sumqayıt
şəhər Ədliyyə idarəsinə müraciət etdim və ordan mənə məsləhət verdilər ki, 102
polis xidmətinə zəng edim. Mən 102-yə müraciət etdim, izahatımı aldılar, lakin
onlardan bir xəbər çıxmadı və mən yenidən Səbuhiyə qaytarması üçün zəng etdim.
O isə cavabında “102-yə niyə zəng vurmusan, onların qiyməti 100 manatdır,
verəcəm susacaqlar, hara istəsən müraciət elə, uşağı qaytarmayacam” deyib
telefonu söndürdü. Mən yenidən 102-nin bizə göndərdiyi Sumqayıt ş. 2-ci polis
şöbəsinin işçilərinə (hansı kİ, məndən izahat almağa gəlmişdilər) məlumat almaq
üçün yaxınlaşdım, onlarda “bu iş bizlik deyil Sumqayıt şəhər ədliyyə idarəsinə
müraciət edin” dedilər. Mən bununla əlaqədar, Bakı şəhər Ədliyyə idarəsinə,
Daxili İşlər Nazirliyinə, prezident İlham Əliyev cənablarına, Ombudsman Elmira
Süleymanovaya, Ailə, Qadın, Ana və Uşaq problemləri üzrə dövlət komitəsinin
sədri Hicran Hüseynovaya müraciət etmişəm. Amma nəticəsiz qaldı”.
Saytımız
vasitəsilə müvafiq dövlət qurumlarından kömək istəyən ana övladının səhhətindən
narahat olduğunu bildirir:
“Artıq
5 aydan çoxdur ki, Ömərin üzünü görmürəm və haqqında heç bir məlumatım yoxdur.
Oğlumun sağlamlığı məni çox narahat edir. Ömər azyaşlı olduğu üçün heç vaxt
məndən kənarda qalmır, hara gedirdisə ağlayaraq, gecə də olsa qayıdırdı. Buna
görə də əminəm ki, uşağı orda məcbur saxlayıblar və ya onun səhhətində nə isə
problem var ki, bu qədər müddətə məndən ayrı qala bilib”.
Xəyal
Əzizov






























































































