Martın 26-daxa0 Bakının Nizami rayonu ərazisində, yanan “Diqlas” Ticarət Mərkəzi ilə əlaqədar, böyük qardaşım Məhərrəm Əliyevin adı hallanır. Bildirmək istəyirəm ki, Məhərrəm Əliyevin “Diqlas” və ümumiyyətlə heç bir ticarətlə bağlı obyektlərə, dolayısıyla əlaqəsi yoxdur”.xa0
Bunu Milli Məclisin deputatı Adil Əliyev “Diqlas” Ticarət Mərkəzinin Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevə aid olması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, kim yalan məlumat yayırsa, onun namusu, şərəfi sual altındadır.
“O ki qaldı dayımız oğlu Nadir Əzizova, onunxa0 Ticarət Mərkəzinin adı “Ramal”dı. O da Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti, istər “Diqlas” istərsə də “Ramal” , özlərinin sağlığına qismət olsun.
Bizim qürurumuz, namusumuz şərəfimizdi. Kimsə İstər bilərəkdən, yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.(Modern.az)








































































































