Professor Qulu Məhərrəmlinin mediaya verdiyi müsahibədə təhqir olunduğunu iddia edən AzTV sədri A.Alışanov Yasamal rayon məhkəməsində bir az əvvəl başlanan baxış iclasına gəlməyib. Müsahibədəki tənqidi fikirləri şərəf və ləyaqətinin təhqir olunması, böhtan kimi qiymətləndirən, buna görə də jurnalistin CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
Aprelin 1-də hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında göstərilən maddələr üzrə cinayət işinin açılması üçün A.Alışanovun prosesə gəlməsinin zəruriliyi barədə vəsatət qaldırılmış və qəbul edilmışdi. A.Alışanov şərəf və ləyaqəti ilə bağlı iddiasını müdafiə etmək üçün məhkəməyə gəlməyib. Q.Məhərrəmlinin vəkili Cavid Rzazade müxbirimizə bildirib ki, qanuna görə şikayetçi məhkəməyə gəlməsə işə baxıla bilməz, yəni Alışanovun gəlməsi məcburidir.
AzTV sədrinin çəkinərək prosesə gəlməməsi məhkəmə binası qarşısına toplaşmış çoxsaylı jurnalistləri və ictimaiyyət nümayəndələrini təəccübləndirib. Onun vəkili Zaur Abbasov jurnalistlərin bu barədə suallarına cavab verməyib. AzTV-nin keçmış əməkdaşı, mühəndis Hikmət Hikmətzadə A.Alışanovun məhkəməyə gəlməməsini onun qorxaqlığı və haqsızlığı ilə əlaqələndirib. “Bu adam başqalarının arxasında gizlənməyi və işləri əlaltdan görməyi bacarır. Primitiv səviyyəsinə və elədiklərinə görə onun adam arasına çıxmağa üzü, danışmağa dili yoxdur”x9d ”“ deyə H.Hikmətzadə əməkdaşımıza bildirib.
Strateq.az








































































































