Media düşmən itkilərini gizlətməlidirmi?

Hazırda oxunan: Media düşmən itkilərini gizlətməlidirmi?

99105

Azərbaycan mediasında ermənlərin verdiyi itkilərlə bağlı yer alan informasiyalardan düşmənin beynəlxalq aləmdə öz xeyrinə təbliğat vasitəsi kimi isyifadə etdiyini iddia edən siyasilərin sayı artmaqdadır. Bu qəbildən olan siyasilərin fikrincə, ermənilər Azərbaycan mediasında yer alan bu kimi məlumatlara istinad edərək ölkəmizi aqressiv, zorakı dövlət kimi tanıtmağa, onun sülhə deyil, müharibəyə həvəs göstərdiyini isbatlamağa çalışır. Məhz bu baxımdan da onlar Azərbaycan mediasında ermənilərin verdiyi itkilərlə bağlı informasiyaların yayımının məhdudlaşdırılması, yaxud tamamilə dayandırlmasını zəruri hesab edir.

Maraqlıdır, media ermənilərin verdiyi itkilərlə bağlı xəbərlərdən imtina etməlidirmi? Düşmən itkiləri ilə bağlı yayılan xəbərlərə görə medianı ittiham etmək nə dərəcədə doğrudur?

Moderator.az xəbər verir ki, məsələ ilə bağlı “Hürriyyət”x9d qəzetinə açıqlama verən “Yeni Nəsil”x9d Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bu kimi məsələlərin ayrı-ayrılıqda deyil, kompleks şəkildə həll edilməsinin zəruri olduğunu vurğuladı:

“Bütün bunlar kompleks məsələdir. Əgər biz bunlara ayrı-ayrılıqda yanaşsaq, o zaman bundan baş çıxarda, faydalı, səmərəli nəticə hasil edə bilmərik. Düşmən itkilərinin, atəşkəsin pozulması hallarının necə, hansı şəkildə təqdim edilməsi və s. kimi məsələlərə bütövlükdə yanaşmaq gərəkir.  İkincisi, bu, daha çox dövlət orqanlarının öz informasiya siyasətinin qurulması mövzusu ilə əlaqədar bir məsələdir. Mən inanmıram ki, bu gün medianın kifayət qədər ciddi informasiya qıtlığı hiss elədiyi indiki şəraitdə hansısa KİV sərhəddə oturub ölənləri sayır və ya əlavə mənbələrdən istifadə edir.

Mən ötən gün avtomobildə gedərkən radioda eşitdim ki, Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən erməni hərbçiləri iki nəfər itki verib. Media düşmən itkisi ilə bağlı yaydığı məlumatların ən azı 90%-də rəsmi mənbələrə istinad edir. Rəsmi mənbəyə istinadən verdiyi məlumata görə medianı qınamaq, bir qədər gülünc görsənir. Odur ki, istənilən halda bu mövzuda ilk növbədə rəsmi mənbə rolunda çıxış edən dövlət orqanları düşünməli və informasiya siyasətini öz məqsədlərinə uyğunlaşdırmalıdır. Xxatırladım ki, Müdafiə Nazirliyi informasiya siyasətinin yenidən qurulması ilə bağlı tədbirlər keçirmiş, hətta müəyyən sənədlər də ortaya qoymuşdu. Lakin görünən odur ki, bu tədbirlər o qədər də effektli deyil”x9d.

A.Əliyevin sözlərinə görə, hələ ki, ermənilərin Azərbaycan mediasına istinadən beynəlxalq aləmdə ciddi, tutarlı kampaniya aparması müşahidə edilməyib:

“Mən hələ ki, ermənilərin Azərbaycan mediasında dərc olunan bu cür informasiyalar əsasında ciddi kampaniya aparıb ciddi bir nəticə əldə etməsinə şahid olmamışam. Bu vaxta qədər buna yaxın mövzuda bir neçə dəfə bəlli proseslər olub. Təmas xəttindəki toqquşmaların hansı tərəfin təşəbbüsü ilə baş verdiyi ilə bağlı məsələlər qalxmışdı və tərəflər bir-birlərini ittiham etmişdi. Bu, parlamentdə də müzakirələrə səbəb olmuşdu”x9d.

Ekspertin firkincə, düşmənin itkiləri ilə bağlı xəbərin dərci də, dərc edilməməsi də müəyyən şərtlərdən asılı olaraq bəlli bir zaman kəsimində müsbət və mənfi nəticələr doğrura bilər: “Informasiya qarşıdurması deyilən termin çox geniş bir sahəni əhatə edir. Burada hər bir detalın istifadə ehtimalı və təhlükəsi əlbəttə ki, var. Bunların hamısını tənzimləmək, şübhəsiz ki, çox çətin məsələdir. Bu gün düşmənin verdiyi itkilərlə bağıl yayılan informasiya əgər müsbət nəticəyə malikdirsə, sabah müəyyən şərtlər daxilində eyni informasiya mənfi nəticələrə səbəb ola bilər. Ona görə də, bu barədə qəti nə isə söyləmək çətindir. Əgər media birdən-birə bu cür informqasiyalar verməkdən imtina etsə, o zaman sizi inandırıram ki, bu gün həmin informasiyaların yayılmasını mənfi hal hsab edən siyasətçilərin özü sabah belə bir məsələ qaldıracaqlar ki, ordudakı döyüş ruhunun, cəmiyyətdəki vətənpərvərlik əhval-riuhiyyəsinin yüksəldilməsi üçün düşmən itkiləri ilə bağlı informasiyaların yayılması zəruridir”x9d.

Ekspertin sözlərinə görə,  mediadan ideoloji maşın kimi istifadə etmək, onu sırf inzibati üsullarla idarə etmək də doğru deyil:

“Onu da unutmaq olmaz ki, media infoirmasiyanı əldə edib, hazırlayan və ötürən bir strukturdur. Media ideoloji maşın deyil ki, ona deyəsən ki, sən bu hadisəni mütləq verməlisən və ya verməməlisən. Əgər verilən informasiya yalandırsa, o zaman buna görə həmin medianı tənqid etmək, onu günahlandırmaq mümkündür. Lakin əgər informasiya həqiqətə uyğundursa və o, real mənbələrdən götürülərək yoxlanılıbsa, o zaman medianı günahkar qismində meydana çəkib ittiham etmək olmaz. Əslində diqqət medianın verdiyi informasiyanın əsasında real vəziyyətin dəyişilməsinə yönəldilməlidir. Yəni əgər bu, pis hadisədirsə, o zaman bu hadisələri aradan qaldırın. O zaman media yaxşı hadisə haqqında məlumat verəcək. Yox əgər bu, həqiqətə uyğun informasiyadırsa, o zaman bu informasiya hətta mənfi yük daşısa belə, medianı tənzimləməyə çalışmaq fayda verməyəcək”x9d.

A.Əliyev Müdafiə Nazirliyinin ordu ilə bağlı dezinformasiya xarakterli xəbərlərə şərh verməyəcəyi ilə bağlı açıqlamasında da münasibət bildirdi. Ekspertin qənaətincə, Müdafiə Nazirliyinin dezinforasiyalarla bağlı  nümayiş etdirdiyi bu mövqe yanlışdır və əsla effektli mübarizə vasitəsi hesab edilə bilməz:

“Həqiqətən də, dezinformasiyaya qarşı sükutlə mübarizə aparmaq olmaz və bu, mümknü də deyil. Bu gün qəzetlər, saytlar yalnız ordu ilə bağlı deyil, bir çox ictimai əhəmiyyətli hadisələrlə bağlı yaydığı dezinformasiyalar kifayət qədərdir. Bəzi hallarda bunlar ictimai sağlamlıq, ictimai mühit üçün heç də az əhəmiyyət kəsb etmir. Sosial informasiya-tok şou sahəsində yaranan son qalmaqallar, bəzi verilişlərin bağlanması buna nümunədir. Bu, çox geniş məfhumdur. Bu, çağdaş medianın əsas problemlərindən biridir”x9d.

A.Əliyevin düşüncəsinə görə, məlum problem iki səbəbdən qaynaqlanır: “Mən burada iki əsas səbəb görürəm. Birincisi, informasiya mənbələrinin geniş olmaması, bu sahədə qıtlığın müşahidə edilməsidir. Hansı ki, bu, şaiyə və cəfəngiyyatlara yol açır. İkincisi isə, professionallıqla bağlı olan məsələlərdir. Sosial medianın genişlənməsi də proffesionallıqla bağlı xeyli problemlərin meydana çıxmasına səbəb olub. Belə olan təqdirdə yorğanı başına çəkib demək ki, bundan sonra dezinformasiyalarla bağlı heç bir şərh verməyəcəm, zənnimcə bu, dezinformasiyaya qarşı münasibət və mübarizə baxımından düzgün mövqe deyil. Yazılan informasiya hətta cəfəng olsa belə, çox geniş dairədə həqiqətlə bərabərləşir”x9d.

Ekspertin bildirdiyinə görə, dövlət orqanlarının əsas vəzifələrindən biri də dezinformasiya xarakterli informasiyalara qarşı mübariə aparmaq, ictimaiyyətin doğru şəkildə məlumatlandırılmasını təmin etməkdir:

 “Əslində dövlət qurumlarının, xüsusilə də həssas sahələrlə məşğul olan güc orqanlarının başlıca vəzifələrindən biri də istənilən dezinformasiyanın qarşısının almaq, onların həqiqət kimi qəbul edilməməsi üçün onlara şərh və izah vermək, dövlətin mövqeyini ifadə edən bu izahı cəmiyyətə çatdırmaqdır. Bu, əsasən iki istiqamətdə aparılmalıdır. Birincisi, jurnalistlərlə işləmək, oların inforasiya mənbələrini genişləndirmək lazımdır. Bu sahədə professionallığıl artırmaq lazımdır. İkincisi, ictimaiyyətlə birbaşa iş sahəsində ciddi addımlar atılmalıdır. Əgər bu addımlar atılarsa, o zaman yazılan dezinforamsiyaların təsir qüvvəsi azalacaq”x9d.

 

Seymur Əliyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin