Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi - VİDEO
"Qarabağ" UEFA Konfrans Liqasında play-off-a yüksəlib.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub.
Ümumi hesabda rəqibini 2:1 üstələyən "Qarabağ" adını play-off-a yazdırıb.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının play-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə ...