Nazirdən xaricdəki münaqişələrdə iştirak edən vətəndaşlarımıza XƏBƏRDARLIQ
“Dünyanın müxtəlif bölgələrində qeyri-sabitliyin davam etdiyi ərazilər mövcuddur. Bu baxımdan Azərbaycan vətəndaşları xarici ölkələrə səfər edərkən risk amillərini nəzərə almalı, hər hansı fövqəladə hadisə baş verdiyi təqdirdə olduqları ölkənin və ya ərazinin rəsmi qurumlarının xəbərdarlıqlarına əməl etməlidirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə keçirilən mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, son illərdə bu cür problemlərlə üzləşən 600-ə yaxın Azərbaycan vətəndaşının yeri müəyyən...