Hyustonun qızının ərini onu zəhərləməkdə ittiham edirlər

Hazırda oxunan: Hyustonun qızının ərini onu zəhərləməkdə ittiham edirlər

89731
Bobbinin qəyyumu iddia qaldırıb.

Bu yaxınlarda dünyasını dəyişmiş Uitni Hyustonun qızı Bobbi Kristina Braunun məhkəmə tərəfindən təyin olunmuş qəyyumu Bedeliya Xarqruv Bobbinin həyat yoldaşı Nik Qordonu onu öldürməkdə ittiham edir. Bu barədə Reuters məlumat yayıb.xa0

Oxu.Az “RİA Novosti”x9dyə istinadla xəbər verir ki, hələ Bobbi Kristinanın vəfatından öncə xa0 Xarqruv Qordona qarşı iddia qaldırıb. O, Qordonu qıza hücumda, xəsarətlər yetirməkdə və psixi sağlamlığa qəsdən zərər yetirməkdə günahlandırıb. O Qordonu həmçinin Bobbi komada olarkən onun xa0hesabından pul oğurlamqda ittiham edib.xa0

Xarqruv yeni ittihamında iddia edir ki, Qordon mübahisədən sonra Bobbi Kristinaya zəhərli kokteyl verib, qız huşunu itirib və Qordon onu vannada soyuq suda üzü üstə uzandırıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin