Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Hazırda oxunan: Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

624148

ABŞ Prezidenti Donald Tramp iyulun 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “böyük lider” adlandırıb və NATO-nun Ankarada keçirilən iki günlük sammitinin “çox uğurlu” keçdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda “Anadolu” agentliyi yazır.

Alyans liderlərinin görüşünün yekunlarına dair təşkil olunmuş mətbuat konfransında Tramp “Biz indicə burada, Türkiyədə çox uğurlu bir NATO sammitini başa vurduq”, — deyə bildirib.

ABŞ lideri sammitə ev sahibliyi etdiyinə görə Ərdoğana təşəkkür edib və Türkiyə prezidentinin onun köhnə dostu olduğunu qeyd edib.
 

“Həqiqətən böyük bir insan olan Prezident Ərdoğana təşəkkür etmək istəyirəm. O, böyük liderdir, mənim dostumdur, biz çoxdan tanışıq. O, çox güclü şəxsiyyətdir və məhz buna görə də belə uğurlu və gözəl bir ölkəyə rəhbərlik edir”, - Tramp deyib.


Ankaradakı sammitdə NATO-ya üzv olan 32 ölkənin liderləri və alyansın əsas tərəfdaşları iştirak ediblər. İştirakçılar Avropanın müdafiə qabiliyyəti, müdafiə xərclərinin artırılması hədəfləri, silahlı qüvvələrin modernləşdirilməsi və Ukraynaya gələcək dəstək məsələlərini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin