İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına reaksiya verərək, İran xalqına qarşı təhqiramiz ritorikanın onun ləyaqətini azaltmadığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə iranlı nazir "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
O, iranlıların öz sivilizasiyası, zəngin mədəniyyəti və yüksək mənəvi prinsipləri ilə tanındığını vurğulayıb.
"İranın sivil və cəsur xalqına təhqiramiz ifadələrlə müraciət etmək onun əzəmətini azaltmır. İranlılar öz sivilizasiyası, mədəniyyəti və yüksək mənəvi dəyərləri ilə tanınırlar. Biz kobudluğa kobudluqla cavab vermirik — biz əməllərimizlə: qorxmazca və böyük cəsarətlə cavab veririk", - deyə Əraqçi yazıb.
Qeyd edək ki, Tramp NATO sammiti çərçivəsində çıxış edərkən “İnsanlar soruşurlar ki, İran xalqı niyə hakimiyyəti ələ keçirməyiblər? Çünki onlar ölüblər. Onları öldürüblər”, - fikirlər səsləndirib.
Bizim.Media






































































































