İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

Hazırda oxunan: İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

624067

Rusiyanın Seçenov Universitetinin mütəxəssisləri pişik və it allergiyaları üçün peyvəndlər hazırlayır.

Bizim.Media xəbər verir ki, bu barədə Molekulyar Tibb İnstitutunun İmmunopatologiya Laboratoriyasının allerqoloqu və immunoloqu Kseniya Ryabova məlumat verib.

O bildirib ki, hazırda pişik allergiyası peyvəndinin klinik sınaqlarını gözləyir. İt allergiyası peyvəndi aktiv şəkildə hazırlanır.

Mütəxəssis əlavə edib ki, laboratoriya işçiləri həmçinin Allergochip RF test sistemini də hazırlayıblar.

Allergochip (Allergiya bioçipi) — qan nümunəsi əsasında yüzlərlə allergeni eyni vaxtda yoxlayan, müasir molekulyar allergiya diaqnostikası üsuludur. O, qanda spesifik İmmunoqlobulin E (IgE) anticisimlərini təyin edir.

Bu test xüsusilə çətin və kompleks allergiya hallarında tətbiq olunur. Bir dəfə analiz verməklə qida, bitki tozları, ev tozu gənələri, heyvan tükləri və dərmanlar daxil olmaqla 300-ə qədər allergen və ya allergen komponenti yoxlanıla bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin