Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Hazırda oxunan: Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

624127

İranın NATO ərazisindən kənarda yerləşməsi faktı alyansın münaqişədə iştirak edə bilməyəcəyi mənasına gəlmir.

Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Rütte Ankarada çıxışı zamanı bildirib.
 

O vurğulayıb ki, İranla yeni müharibə başlayacağı təqdirdə, ABŞ-nin Ukraynaya silah tədarükü bundan zərər çəkməyəcək, çünki ABŞ hər iki işi eyni anda görə biləcək qədər güclüdür.


Rüttenin sözlərinə görə, bütün NATO ölkələri İranın nüvə imkanları əldə etməsinin yolverilməz olduğunu bəyan ediblər.

Rütte qeyd edib ki, NATO sammiti blok ölkələrinin yanacaq təchizatını nəzarətə götürmək barədə qərar qəbul edib və bu ehtiyaclar üçün 27 milyard dollar ayıracaq. O əlavə edib ki, bu vəsaitlər yanacaq infrastrukturunun modernləşdirilməsinə və yeni infrastrukturun, məsələn, alyansın şərq cinahına doğru yeni boru kəmərlərinin tikintisinə yönəldiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin