ABŞ Prezidenti Donald Tramp Türkiyəyə "F-35" qırıcılarının satışı ilə bağlı hələ yekun qərar verməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Amerika lideri Ankarada keçirilən mətbuat konfransı zamanı bəyan edib.
"Mən hələ yekun qərar verməmişəm, lakin deyə bilərəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bizə o qədər şeydə fərqli üsullarla kömək edib ki", — Ağ EV rəhbəri deyib.
Xatırladaq ki, iyulun 8-i səhər saatlarında Amerika lideri Türkiyəyə "F-35" qırıcılarını təhvil verəcəyinə söz verdiyini bildirib.
Bizim.Media






































































































