Kiyev sakinlərinə şəhərdən getmək tövsiyə olundu

Hazırda oxunan: Kiyev sakinlərinə şəhərdən getmək tövsiyə olundu

624113

Kiyev və Ukraynanın digər böyük şəhərlərinin sakinləri müvəqqəti olaraq oradan getmək imkanını nəzərdən keçirməlidirlər.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin keçmiş xarici işlər naziri Dmitro Kuleba özünün "YouTube" kanalında bəyan edib.

Sabiq məmurun sözlərinə görə, insanların emosiyaları həddən artıq gərginləşib, onlar son həddə çatıblar, Ukraynadakı vəziyyət isə yaxın gələcəkdə yaxşılığa doğru dəyişməyəcək.

"Əsəbləri dözməyənlər heç olmasa müvəqqəti olaraq hara isə köçməlidirlər", - Kuleba deyib.
 

İyulun 8-nə keçən gecə Rusiya hərbçiləri Kiyevdəki hərbi-sənaye kompleksi obyektlərinə zərbələr endiriblər. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, hədəflərdən biri raketlər üçün komponentlərin istehsal olunduğu və saxlandığı "Samsung-Ukrayna" müəssisəsi olub.


Ukrayna mediası paytaxtın müxtəlif rayonlarında yanğınların baş verdiyini, 5 nömrəli İES (İstilik Elektrik Stansiyası) və "Vizar" zavodunun yandığını xəbər verib. Zərbələr həmçinin Xarkov, Poltava və Çerniqov vilayətlərindəki obyektlərə də endirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin