İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hazırda oxunan: İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

624150

İran ABŞ tərəfindən endiriləcək istənilən yeni zərbə qarşılığında Hörmüz boğazını yenidən bağlayacaq və hər hansı bir hücuma sərt cavab verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Press TV" təhlükəsizlik sahəsindəki mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, son 2 günün hadisələri Tehranın qətiyyətini daha da gücləndirib və hərbi strategiyanın yenidən nəzərdən keçirilməsinə səbəb olub.
 

Mənbə iddia edir ki, İran "Hörmüz boğazı uğrunda döyüşməyə hazırdır", hədəflər siyahısını yeniləyib və istənilən hücuma "mütənasib və ya daha böyük qüvvə ilə" cavab verəcək.


Vurğulanır ki, Tehran ABŞ ilə onun regiondakı müttəfiqləri arasında heç bir fərq qoymur və istənilən təhdidə "qətiyyətli cavab" veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin