Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Hazırda oxunan: Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

624142

Samuxda baş verən ağır yol nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adları məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sarıqamış kəndi istiqamətində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı avtomobillə "VAZ2107" markalı maşın toqquşması zamanı 1975-ci il təvəllüdlü Samir Əhmədov, 1987-ci il təvəllüdlü Fəridə Əhmədova və 1962-ci il təvəllüdlü Aqilə Alıyeva həlak olublar.

Hadisə nəticəsində 2009-cu il təvəllüdlü Əhməd Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qəza zamanı həyatını itirənlər Samuxun Burunqocaq kənd sakinləridir və bir ailənin üzvləridir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin