Xəbər verdiyimiz kimi, İran Bəhreyndə ABŞ-ın Beşinci Donanma qərargahına ağır raketlərlə hücum edib.
Bizim.Media xəbər verir ki, hücumdan sonra baş verən güclü yanğının görüntüsü sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, ötən gecə İranın strateji liman şəhərləri olan Bəndər-Abbas və Sirikə, eləcə də Hörmüz boğazında yerləşən hərbi əhəmiyyətli Qeşm adasına ard-arda güclü zərbələr endirilib. Ərazidə mülki və hərbi infrastrukturun ciddi zərər gördüyü, İran ordusunun tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) isə bəyan edib ki, bu hərbi əməliyyat İran tərəfindən son günlər Hörmüz boğazında xarici neft tankerlərinə edilən raket və dron hücumlarına cavab olaraq həyata keçirilir.
ABŞ-ın hücumlarına cavab olaraq İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bu səhər Küveyt və Bəhreyndəki ABŞ hədəflərinə ballistik raketlər atıb.
Bizim.Media

































































































