Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Hazırda oxunan: Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

624146

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşünü “yaxşı” adlandırıb və onların həmçinin “diplomatiya barədə” danışdıqlarını qeyd edib.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" kanalında yazıb.

"Prezident Tramp və onun komandası ilə yaxşı görüş oldu. Həyatların qorunmasını gücləndirmək üçün Ukraynanın hava hücumundan müdafiəsinin (HHM) möhkəmləndirilməsinə verilən mühüm vurğuya görə minnətdaram.
 

Prezident Trampla mövqelərimizi gücləndirə və sülhü yaxınlaşdıra biləcək bəzi ideyaları müzakirə etdik. Ümid edirəm ki, komandalarımız bu gün müzakirə olunan hər bir məsələni operativ şəkildə nəzərdən keçirəcəklər. Biz həmçinin diplomatiya barədə də danışdıq, onun işə yaraması üçün çalışırıq. Bunun baş tutması üçün məhsuldar işimizi davam etdirəcəyik", - Zelenski bildirib.


Zelenski ilə görüşdə Tramp bəyan edib ki, ABŞ Ukraynaya "Patriot" HHM sistemlərinin istehsalı üçün lisenziya verəcək.

Amerika lideri həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına (NEZ) endirdiyi zərbələr münaqişənin başa çatmasına kömək edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin