Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Hazırda oxunan: Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

624057

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində — dənizkənarı yolun kənarında qazılmış kanalizasiya quyusuna avtomobillərin düşməsi ilə bağlı açıqlama yayıb.

Bizim.Media-nın məlumatına görə, ADSEA-ya məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC-dən bildirilib ki, sözügedən ərazidə Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi icra olunur.

Qeyd edilib ki, tikinti işlərinin aparıldığı sahədə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, ərazi mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə təmin edilib.

Qurumdan vurğulanıb ki, bəzi media orqanlarında və sosial şəbəkələrdə Pirşağı qəsəbəsində gecə saatlarında baş vermiş nəqliyyat hadisələri ilə bağlı yayılan məlumatların araşdırılması və rəsmi açıqlama alınması üçün müvafiq quruma müraciət edilməsi tövsiyə olunur.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin