Növbəti NATO sammitinin harada keçiriləcəyi SUAL ALTINDA qaldı

Hazırda oxunan: Növbəti NATO sammitinin harada keçiriləcəyi SUAL ALTINDA qaldı

624094

NATO-nun 2027-ci ildə Albaniyada keçirilməsi planlaşdırılan sammiti başqa vaxta keçirilə və ya ümumiyyətlə ləğv edilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
 

Mümkün səbəblər arasında Albaniyanın alyansın digər ölkələri ilə müqayisədə müdafiəyə yetərincə vəsait xərcləməməsi, həmçinin NATO-nun irimiqyaslı tədbirləri zamanı ABŞ Prezidenti Donald Trampla qarşılıqlı əlaqədə yaranan çətinliklər göstərilir.


NATO-nun yüksək rütbəli hərbi rəsmisi Cüzeppe Kavo Draqone mövzu ilə bağlı bildirib:

"Sammit Albaniyada keçiriləcək. Lakin onun gələn il, yoxsa bir il sonra baş tutacağı məsələsi hazırda müzakirə olunur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin