Ukrayna ordusu Rusiya təyyarəsini məhv etdi - FOTO

Hazırda oxunan: Ukrayna ordusu Rusiya təyyarəsini məhv etdi - FOTO

624074

Ukrayna Hərbi Hava Qüvvələri bu gün – iyulun 8-də növbəti Rusiya hərbi təyyarəsinin məhv edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, rəsmi məlumatda "bu gün daha bir rus hava terrorçusunun zərərsizləşdirildiyi" qeyd olunur.
 

Hələlik rəsmi mənbələr təyyarənin dəqiq modelini açıqlamasa da, hərbi ekspertlər və monitorinq kanalları bunun böyük ehtimalla Rusiya ordusuna məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsi olduğunu bildirirlər.


Ukrayna ordusu bu uğurlu əməliyyatı "Hərbi Hava Qüvvələrindən yaxşı xəbərlər" başlığı ilə paylaşıb.

Qeyd edək ki, son günlər Ukrayna tərəfi Rusiya hərbi infrastrukturu, o cümlədən hava bazaları və neft-kimya müəssisələrinə qarşı intensiv zərbələr endirməkdədir. Bu gün həmçinin Ukrayna xüsusi xidmət orqanlarının Başqırdıstandakı "Çerkassı" neft məhsulları stansiyasına pilotsuz uçuş aparatları ilə hücum etdiyi də təsdiqlənib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin