Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Hazırda oxunan: Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

624152

Azərbaycanda hazırda müşahidə olunan yağıntıların nə vaxt kəsəcəyi açıqlanıb.

Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “ölkə.az”a bildirib ki, yağıntılar iyul ayının 9-u axşam saatlarından tədricən kəsiləcək:

"İyulun 9-da və 10-da Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Lakin 9-u səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 27-31°C isti olacağı gözlənilir.
 

Bölgələrdə də 9-da bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.


Gözlənilən yağışlı hava şəraitləri ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısa müddətə sel keçəcəyi istisna olunmur. 10-da əksər rayonda yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 31-36, dağlıq ərazilərdə 20-25, bəzi yerlərdə 27-30°C isti olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin