Tramp: Bu gün Putinə zəng edəcəm, o da müharibəni bitirmək istəyir – VİDEO

Hazırda oxunan: Tramp: Bu gün Putinə zəng edəcəm, o da müharibəni bitirmək istəyir – VİDEO

624088

ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı aparacağını bildirib.

Bizim.Media xəbər verir ki, Tramp NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Putinin müharibəni başa çatdırmaq istədiyini deyib.

"Bu gün Putinlə danışacağam. O, müharibəni bitirmək istəyir. Çoxları buna inanmır", – ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri arasında son telefon danışığı iyulun 4-də baş tutub.

Tramp qeyd edib ki, son həftələr ərzində Ukraynada müharibənin dayandırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub.

"Biz Putinə təzyiq göstəririk. Baş verənlər onun xoşuna gəlmir", – o vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, Ukrayna ilə Rusiya arasında sülh sazişi üzərində uzun müddətdir iş aparılır və bu sazişin həm üstünlükləri, həm də çatışmazlıqları var.

Tramp həmçinin Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı heç bir son tarix müəyyən etmədiyini bildirib.

Ukraynaya səfər ehtimalına toxunan ABŞ Prezidenti deyib:

"Ukraynaya gələcəyəm. Amma müharibə dövründə təhlükəsizlik xidmətinin buna icazə verib-verməyəcəyini bilmirəm. Kiyevə səfər etmək yaxşı olardı. Lakin bunu müharibə başa çatdıqdan sonra etmək istərdim".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin