Birləşmiş Ştatlar İranın Fars körfəzində yerləşən və ölkənin ən böyük neft ixrac terminalı olan Xark adasını ələ keçirə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
"Biz Xark adasını nəzarətə götürə bilərik. Onlar buna qarşı heç nə edə bilməyəcəklər", - Amerika lideri bildirib.
O, həmçinin əlavə edib ki, ABŞ aprelin 13-də tətbiq edilən və ikitərəfli anlaşma memorandumunun imzalanmasından sonra iyunun 17-də rəsmən ləğv olunan İrana qarşı dəniz blokadasını yenidən bərpa edə bilər.
Xatırladaq ki, iyulun 8-də Tramp İranla atəşkəsin artıq qüvvədə olmadığını elan edib. O, İslam Respublikasına qarşı zərbələrin yenidən başlana biləcəyini istisna etməyib.
Bizim.Media

































































































