ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitinin mətbuat konfransı zamanı Ukrayna lideri Volodimir Zelenskini rusiyalı həmkarı Vladimir Putinlə, İranı isə Yaponiya ilə səhv salıb.
Bizim.Media bildirir ki, Amerika lideri jurnalistlərə müraciət edərək, Zelenskini göstərib və onlardan "mister Putinə" suallarının olub-olmadığını soruşub.
Tramp həmçinin Yaponiyanı ABŞ-nin aviadaşıyıcısına hücum etməkdə ittiham edərək, bu ölkəni İranla səhv salıb.
Ağ Ev rəhbəri "Yaponiya İslam Respublikası bizim aviadaşıyıcımıza hücum etdi", - deyə Tramp bildirib.
Xatırladaq ki, aprel ayında Tramp hansı münaqişənin daha tez bitəcəyi barədə suala cavab verərkən Ukraynanı İranla səhv salmışdı. ABŞ prezidenti hər iki münaqişənin, bəlkə də, eyni vaxtda başa çatacağı fikrini ifadə etmişdi.
Bizim.Media




































































































