Türkmənistan Prezidenti Mikayıl Cabbarovla görüşdü - FOTO

Hazırda oxunan: Türkmənistan Prezidenti Mikayıl Cabbarovla görüşdü - FOTO

624101

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib.

“Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz zamanı Prezident cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq.
 

Dövlət başçılarımızın dostluq və qardaşlıq münasibətlərinin, cənab Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirdiyini vurğuladıq.


Biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi və regional iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük” - nazir əlavə edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin