Müğənninin səsi batdı – VİDEO

Hazırda oxunan: Müğənninin səsi batdı – VİDEO

624136

Müğənni Sevda Əliqızının səhhətində problem yaranıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə "Günə uğurla" verilişində açıqlama verib. O, səsinin batdığını deyib.

S.Əliqızı bildirib ki, bir ildir bununla mübarizə aparır:
 

"Səsimdə problem yaranıb. Düzəlmir. Bakıda da, xaricdə də müraciət etmədiyim həkim qalmayıb. Səsimdə xırıltı var, canlı ifa edə bilmirəm. Müalicələr davam edir. Bir ildir müalicə alıram, amma heç nə xeyir etmir.


Danışa bilmirəm, səsim açılmır. Orqanizmimdə turşuluq çoxdur, o da səs tellərimi yandırır. Mübarizə aparıram, xəstəliklərə əhəmiyyət vermirəm. Həyatıma davam edirəm".

Qeyd edək ki, S.Əliqızı bir müddət əvvəl xərçəngdən əməliyyat olunmuşdu. (axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin