Muxtar Babayevdən COP31-də su təhlükəsizliyi ilə bağlı çağırış

Hazırda oxunan: Muxtar Babayevdən COP31-də su təhlükəsizliyi ilə bağlı çağırış

646921

“Bakı əvvəldən iqlim maliyyələşdirməsini beynəlxalq ətraf mühitin mühafizəsi səylərinin mərkəzinə qoymağa sadiqdir”.

Bizim.Media xəbər verir ki, bunu COP31-də Azərbaycan pavilyonunda təşkil olunan "Geniş miqyasda su təhlükəsizliyi - Su prioritetlərindən maliyyələşdirilə bilən, iqlimə davamlı infrastruktura doğru" başlıqlı sessiyada Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib. 

“COP31-də iştirak edən hökumətləri, şirkətləri və maliyyə qurumlarını su çatışmazlığı yaşayan digər ölkələrdə layihələrə investisiya qoyuluşunu asanlaşdırmaq üçün mövcud təcrübələri öyrənməyə çağırırıq. 

Məqsədimiz iqlim dəyişmələrinin təsirlərinə tab gətirə bilən etibarlı su təchizatını təmin etməkdir”, - deyə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin