“Sassuolo” Alberto Akvilani ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, klubun məlumatına görə, qərar komandanın A Seriyasında ardıcıl 5-ci məğlubiyyətindən sonra qəbul edilib.
11 turdan sonra 8 xalı olan “Sassuolo” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Klubun açıqlamasında Akvilaniyə və onun məşqçi heyətinə peşəkarlıqlarına və işə sadiqliklərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
Qeyd edək ki, Akvilani 2026-cı ilin iyunundan komandaya rəhbərlik edirdi .“Sassuolo” növbəti matçını A Seriyasının 12-ci turunda “Cenoa”ya qarşı keçirəcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:10 / 09.11.2026
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
Hazırda oxunan: A Seriyası klubu yenə baş məşqçisini göndərdi
Hazırda oxunan: A Seriyası klubu yenə baş məşqçisini göndərdi
646905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































