"20 yaşa qədər heç nə etməmisənsə, özünə sənət axtar"

Hazırda oxunan: "20 yaşa qədər heç nə etməmisənsə, özünə sənət axtar"

646914

Xalq artisti Mübariz Tağıyev gənclərin sənət seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib.

Bizim.Media xəbər verir ki, müğənni bu barədə “Qonaqcanlı” verilişində danışıb. 

O bildirib ki, gənclər 20 yaşına qədər sənətdə özlərini göstərə bilmirlərsə, başqa sahəyə yönəlməyi düşünməlidirlər:

“Bu sənət aləminə gələn uşaqlar 20 yaşı keçiblərsə və bir heç nə edə bilməyiblərsə, özlərinə başqa sənət axtarsınlar. 20 yaşdan sonra müğənnilikdə və ya başqa sahədə bir qığılcım varsa, deməli, alınacaq. Yoxdursa, başqa sənət axtarmaq lazımdır. Əks halda, küçələrdə qalacaqsan. Bir məsələ də var. Dahi Rəşid Behbudov deyirdi ki, peşəkarlığın bir zirvəsi də 50 yaşdan sonra başlayır”. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin