Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir

Hazırda oxunan: Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir

613726

Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir.

Bizim.Media xəbər verir ki, bunu Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində sahibkarlarla işgüzar görüşü zamanı deyib.
 

Prezident ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişafından danışıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirilən görüşdə gələcək əməkdaşlıq üçün yeni istiqamətlər müzakirə olunub və danışıqlar məhsuldar keçib.


Aleksandar Vuçiç Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılmasının əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib.

Onun sözlərinə görə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Prezident Azərbaycan və Serbiya turizm şirkətləri arasında əlaqələrin artırılmasının vacibliyini vurğulayıb.

Aleksandar Vuçiç Azərbaycan biznes nümayəndələrini Serbiyada yeni investisiya imkanlarını araşdırmağa çağırıb. O, xüsusilə pərakəndə ticarət, spa və dağ kurortları, eləcə də kənd təsərrüfatı məhsulları sahəsində əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin