İtaliya tarixində ən böyük şərab soyğunu: 30 min şüşə oğurlandı

Hazırda oxunan: İtaliya tarixində ən böyük şərab soyğunu: 30 min şüşə oğurlandı

641586

İtaliyanın Toskana vilayətində ölkə tarixinin ən böyük şərab soyğunu baş verib. Peşəkar cinayətkar dəstə Marchesi Antinori şirkətinin anbarından ümumi dəyəri 4 milyon funt-sterlinq olan 30 minə yaxın elit şərab şüşəsini talayıb.

Bizim.Media xəbər verir ki, maska geyinmiş 7 nəfər anbara daxil olaraq siqnalizasiya sistemini sıradan çıxarıb və şirkətin yükqaldıran texnikasından (forklift) istifadə edərək minlərlə qutu şərabı iki yük maşınına yükləyib.

Xaricə göndərilmək üçün hazırlanan partiyadan 8-10 min şüşə məşhur Solaia, həmçinin Tignanello və Guado al Tasso şərabları aparılıb.

Şüşələrin qiyməti 150 funt-sterlinqdən başlayır, nadir kolleksiyalar isə minlərlə funt dəyərindədir.
 

Şirkətin baş direktoru Renso Kotarella İtaliya yollarında çoxlu kameraların olduğunu və bu qədər böyük həcmdə tanınmış elit şərabı beynəlxalq bazarda diqqət çəkmədən satmağın demək olar ki, qeyri-mümkün olduğunu bildirib.


Bu, İtaliyada baş verən ilk hal deyil. İyul ayında Banfi şərabçılıq müəssisəsində, ötən ay isə Pyemontda dəyəri yüz minlərlə funt olan 3 min şüşə Barolo şərabı oğurlanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin