Azərbaycan Ankarada keçirilən Festivalda belə təmsil olundu - FOTO

Hazırda oxunan: Azərbaycan Ankarada keçirilən Festivalda belə təmsil olundu - FOTO

641581

Türkiyənin paytaxtı Ankarada keçirilən 4-cü Dünya Mədəniyyətləri Festivalında Azərbaycan geniş təmsil olunub.

Bizim.Media xəbər verir ki, "Ebrişem və Sirus" Fondu tərəfindən təşkil edilən və Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə 72 ölkənin diplomatik nümayəndəliyi, səfirlik və mədəniyyət mərkəzləri bir araya gəlib.

Festivalda ölkəmizi Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Azərbaycan stendində dövlətçilik tariximizə və mədəniyyətimizə dair guşələr, müxtəlif nəşrlər, Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görən kitablar, milli suvenirlər, xalça və kəlağayılar, eləcə də əl işi olan kuklalar nümayiş olunub. Ziyarətçilər stendlə yaxından tanış olub, ölkəmizin zəngin mədəniyyəti haqqında məlumatlandırılıb və milli şirniyyatlarımıza qonaq ediliblər.
 

İştirakçı ölkələrin musiqi və rəqs kollektivlərinin çıxışları, eləcə də milli mətbəx nümunələri festival çərçivəsində böyük maraqla qarşılanıb. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Zəngəzur” rəqs ansamblı milli rəqslərimizi böyük ustalıqla ifa edib.


Tədbir çərçivəsində, həmçinin müxtəlif ölkələrin geyim mədəniyyəti sərgilənib. Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Bakı Geyim Evinin “Tarixi Azərbaycan geyimləri” moda dəfiləsi təqdim olunub. Dizayner Ləman Qulamovanın milli geyim kolleksiyasını türk tələbələr nümayiş etdiriblər. Şou festival iştirakçıları tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Ankarada fəaliyyət göstərən “Buta” restoranı isə festival qonaqlarına Azərbaycan mətbəxinin ləziz təamlarını təqdim edib.

İki gün davam edəcək festivala maraq böyükdür.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin