Bu, həqiqətən də, çox yaxşı oyun idi. Öz meydanımızda iki əla qarşılaşma keçirdik və bu, möhtəşəm idi. İki aylıq hazırlıq prosesində oyunumuzu və səviyyəmizi daha da təkmilləşdirdik. Bu komandanın üzvü olduğum üçün qürur duyuram”.
Bizim.Media xəbər verir ki, bunu həndbol üzrə qadınların EHF Avropa Kubokunun ikinci təsnifat mərhələsində Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıran “Kür” klubunun oyunçusu Esma Muratoviç matçdan sonra jurnalistlərə açıqlamasında deyib.
Növbəti mərhələdə qarşılaşacaqları rəqib barədə danışan Esma Muratoviç hələlik püşkatmanın nəticəsini gözlədiklərini bildirib:
“Hələ kimlə qarşılaşacağımızı bilmirik, lakin məqsədimiz dəyişməz qalır. Çalışmağa davam edəcəyik və ümid edirəm ki, növbəti oyunlarda da qələbə qazanacağıq”.
Qeyd edək ki, komandamızın növbəti mərhələdəki rəqibi püşkatmadan sonra məlum olacaq.
Bizim.Media




























































































