Finlandiya yaxın günlərdə F-16 qırıcıları üçün döyüş sursatlarını Ukraynaya təhvil verəcək. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubbla telefon danışığından sonra məlumat verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Zelenskinin sözlərinə görə, bu döyüş sursatlarından reaktiv pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün istifadə olunur. Telefon danışığı zamanı o, həmçinin Rusiyanın son hücumları barədə Stubba məlumat verib.
Finlandiya Prezidenti bildirib ki, Ukraynaya dəstəyin əsas istiqamətləri hava hücumundan müdafiə, enerji infrastrukturunun qorunması və maliyyə yardımıdır.
Finlandiyanın Müdafiə Nazirliyi daha əvvəl Ukraynaya dəyəri təxminən 1 milyon avro olan 35-ci hərbi yardım paketinin ayrıldığını elan edib. Paketə ölkənin Müdafiə Qüvvələrinin ehtiyatlarında olan müdafiə təyinatlı məhsullar daxildir.
Finlandiya artıq daha genişmiqyaslı növbəti yardım paketinin hazırlanmasına başlayıb. Finlandiyanın Ukraynaya təhvil verdiyi müdafiə təyinatlı materialların ümumi dəyəri 3,6 milyard avroya çatıb.
Bizim.Media































































































