Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Hazırda oxunan: Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

641678

ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya arasında energetika barışığının əldə olunduğunu bəyan etməsindən bir neçə saat sonra Rusiya Xarkovdakı 5 nömrəli İstilik-Elektrik Mərkəzinə (İEM-5) zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib.
 

Zelenski ABŞ Prezidentinin energetika atəşkəsi barədə bəyanatını müsbət qarşıladıqlarını və Ukraynanın energetika obyektlərinə hücumları dayandırmağa hazır olduğunu bildirib. Lakin o, bu razılaşmanın kağız üzərində qalmayıb reallığa çevrilməsinin vacibliyini vurğulayıb.


Ukrayna lideri qeyd edib ki, Rusiyanın əməlləri atəşkəsə riayət etmək niyyətində olmadığını göstərir. Oktyabrın 11-də Rusiya PUA-ları və idarəolunan aviasiya bombaları Ukraynanın hava məkanında olub və birbaşa Xarkovdakı İEM-5 obyektinə zərbə endirilib.
 
Prezidentin sözlərinə görə, son bir həftə ərzində Rusiya Ukraynanın elektrik enerjisi istehsalı və ötürülməsi obyektlərinə 200-dən çox, qaz və neft infrastrukturuna isə 17 zərbə endirib.
 
Zelenski bir daha bəyan edib ki, Moskva oxşar addımlar atacağı təqdirdə Kiyev Rusiya neftayırma zavodlarına endirilən zərbələri dayandırmağa tam hazırdır.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin