Zelenski: “Trampın elan etdiyi energetika zərbələrinin dayandırılması haqqında ilk dəfədir eşidirəm” - FOTO

Hazırda oxunan: Zelenski: “Trampın elan etdiyi energetika zərbələrinin dayandırılması haqqında ilk dəfədir eşidirəm” - FOTO

641649

Ukrayna Prezidenti Volodimir Zelenski Axios nəşrinə açıqlamasında ABŞ Prezidenti Donald Trampın energetika obyektlərinə zərbələrin dayandırılması barədə bildirişinin onun üçün yenilik olduğunu bəyan edib. Bununla belə, Ukrayna lideri Rusiya razılaşacağı təqdirdə Kiyevin də bu addımı atacağını bildirib.

Bizim.Media xəbər verir ki, Ukrayna dövlət başçısı vurğulayıb ki, əgər Tramp bu barədə Putinlə razılığa gəlibsə, atəşkəsin nə vaxt başlayacağı Ukrayna tərəfinə bildirilməlidir.

Zelenski Rusiya tərəfi energetika infrastrukturuna zərbələri dayandıracağı təqdirdə Ukraynanın da analoji addım atmağa və energetika barışığını qəbul etməyə hazır olduğunu diqqətə çatdırıb.


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin