Miqrantları daşıyan gəmi batdı - 109 ölü, 116 itkin var

Hazırda oxunan: Miqrantları daşıyan gəmi batdı - 109 ölü, 116 itkin var

641654

Cibuti sahillərində 350 nəfəri daşıyan miqrant gəmisinin batması nəticəsində ən azı 109 nəfər həlak olub, 116 nəfər isə itkin düşüb.

Bizim.Media xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMQT) məlumatına görə, hadisə Cibutinin Obok sahillərində qeydə alınıb.

Cibutidən Yəmənə getməyə çalışan gəmi çevrilərək dənizdə batıb.

Axtarış-xilasetmə işləri zamanı sudan çıxarılan 109 meyitdən 52-nin kişi, 42-nin qadın, 15-nin isə uşaq (9 qız və 6 oğlan) olduğu müəyyən edilib. Fəlakətdən sağ çıxan 80 nəfərin hamısının Efiopiya vətəndaşı olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin