Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

Hazırda oxunan: Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

641570

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasındakı müharibə ilə bağlı növbəti bəyanatla çıxış edərək Ukrayna rəhbərliyinin mövqeyini tənqid edib.

Bizim.Media xəbər verir ki, Tramp jurnalistlərə bildirib ki, Rusiya lideri Vladimir Putin münaqişənin həllini "çox istəyir".

Trampın sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski daha əlverişli razılaşma əldə etmək imkanını əldən verib.

"Əgər o, iki il əvvəl sövdələşmə bağlasaydı, onun üçün daha yaxşı olardı", — deyə ABŞ prezidenti qeyd edib.
 

Tramp bir daha vurğulayıb ki, bu müharibə ümumiyyətlə başlamamalı idi və onun prezidentliyi dövründə bu, baş verməzdi.


Putin haqqında danışan Tramp həmçinin diqqətə çatdırıb ki, Rusiya dünya bazarına aşağı qiymətlərlə böyük həcmdə neft çıxarır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin