Hollivud ulduzu Bred Pitt istefada olan xüsusi təyinatlı zabit və ona sədaqətli olan Odin adlı itindən bəhs edən "Heyvan ürəyi" filmində baş rola çəkilib.
Bizim.Media xəbər verir ki, rejissor Devid Eyrin (David Ayer) ekranlaşdırdığı yeni triller müharibə travmaları alan bir insanın vəhşi təbiət qoynundakı mübarizəsindən bəhs edir.
Müharibədə böyük itkilər verən keçmiş hərbçi və onun çoban iti keçmişin xatirələrindən uzaqlaşmaq üçün Alyaskanın vəhşi çöllərində məskunlaşırlar. Lakin onlar tezliklə sərt təbiətin meşə və bataqlıqlarında gözlənilməz təhlükələrlə üz-üzə qalaraq həyatda qalmaq uğrunda mübarizə aparmalı olurlar.
Film boyunca Bred Pitt posttravmatik stres pozuntusu (PTSD) yaşayan keçmiş zabit obrazını inandırıcı şəkildə canlandırır.
Özü də keçmiş hərbçi olan rejissor Devid Eyr hərbi xidmət və psixoloji gərginlik mövzusunu bu ekran əsərində də ön plana çıxarır.
Ekran işi dostluq və dözümlülük motivləri ilə diqqət çəksə də, mütəxəssislər tərəfindən süjetin həddən artıq sadəliyi və zəif kompüter qrafikasına (ayı, canavar dəstəsi və şimal işıqlarının qeyri-təbii görünüşünə) görə tənqid edilib.
Bizim.Media





























































































