“Mən Azərbaycan vətəndaş cəmiyyətinin bir nümayəndəsi olaraq son günlər gündəmi zəbt edən Azərbaycan Nazirlər Kabinetinin qərarına görə bəzi qüvvələrin başladığı qarayaxma kampaniyasına cavab olaraq münasibət bildirmək istəyirəm”.
Bizim.Media xəbər verir ki, bunu Əbədi Turan Kitab Fondunun sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Esmira Fuad videomüracətində deyib.
Onun sözlərinə görə, Azərbaycan dünyəvi, hüquqi dövlətdir:
“Azərbaycanın öz qaydaları, prinsipləri var. Və Azərbaycanda müəllimlər üçün nümunəvi geyim örnəkləri və məktəblilərin vahid məktəbli forması var. Təbii ki, bu qərarda hər bir şagirdin və müəllimin həmin o seçilmiş vahid formada məktəbə gəlmələri tələb olunur. Bu həm də dünya təcrübəsində mövcuddur”.
Daha ətraflı videoda:
Bizim.Media
































































































