Çinlə sərhədə yaxın, Nepalın mərkəzi hissəsində baş verən torpaq sürüşməsindən sonra yaranan güclü sel azı 40 evi və iki körpünü yuyub aparıb.
Bizim.Media xəbər verir ki, "Xinhua" və "Kathmandu Post" nəşrlərinin məlumatına görə, azı dörd nəfər itkin düşüb.
Çumanubri bələdiyyəsinin sədr müavini Lakşmi Qurunq bildirib ki, beş müxtəlif yaşayış məntəqəsində ümumilikdə 40-dan çox ev sel sularına qərq olaraq dağılıb.
Həlak olanlar və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.
Nepalın dağlıq və Çinlə sərhəd bölgələri musson mövsümündə müntəzəm olaraq güclü torpaq sürüşmələri və sellərdən əziyyət çəkir. Fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün adətən ordu və yerli xilasetmə xidmətləri cəlb olunur.
Bizim.Media































































































